Daha iki ölkə gəldi

AzNews.az xəbər verir ki, FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək yığmalardan ölkəmizə gələn ikinci komanda Kolumbiya, üçüncü isə Çin yığması olub.

Mundial iştirakçılarını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb.

Top Top Qızın təqdim etdiyi gül dəstələrini aldıqdan və kollektiv şəkil çəkdirdikdən sonra komandaların üzvləri qalacaqları otelə yola düşüblər. Kolumbiya və Çin yığmalarının üzvləri qonaqpərvərliklə qarşılanmalarından məmnun olduqlarını bildiriblər.

AzNews.az