Baş məşqçimiz Varşava forumunda

AzNews.az xəbər verir ki, 24-26 sentyabr tarixlərində Polşanın paytaxtı Varşavada UEFA üzvü olan 53 milli federasiyanın milli komandalarının baş məşqçilərinin iştirakı ilə forum keçiriləcək.

UEFA-nın rəsmi saytının yaydığı məlumatda deyilir ki, iki ildən bir keçirilən bu dəfəki tədbir Polşa Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, Portuqaliya ilə oyundan sonar vətəni Almaniyaya yollanan millimizin baş məşqçisi Berti Foqstun forumda Azərbaycanı təmsil edəcəyi gözlənilir.

AzNews.az