Hərəyə bir medal

AzNews.az xəbər verir ki, sentyabrın 15-də Türkiyənin Rizə şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu M.Akif Pirimin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən Azərbaycan güləşçiləri 1 qızıl və 2 bürünc medal qazanıblar.

Məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb. Təmsilçilərimizin hər biri fəxri kürsüdə yer tutub. 50 kq çəkidə mübarizə aparan Elçin Məmmədov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Akşin Məmmədli (85 kq) və Cavid Feyziyev (100 kq) isə bürünc medala sahib olub.

AzNews.az