Bu gün festivaldır

AzNews.az xəbər verir ki, bu gün Bayıl stadionunda "Live your goals" festivalı keçiriləcək. AFFA-dan verilən məlumata görə, festival saat 18:00-da başlayacaq. Festivala həsr olunan mətbuat konfransı isə saat 17:30-da təşkil ediləcək.

Xatırladaq ki, bu, qadın futbolunun təbliğatı məqsədilə keçirilən 6-cı "Live your goals" festivalı olacaq. Buna qədər ilk dəfə mart ayında AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirilən festival daha sonra apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda Şəki şəhər stadionunda, avqustda isə Masalı Olimpiya İdman Kompleksində təşkil olunub.

AzNews.az