Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın "İnter" və Azərbaycanın "Qarabağ" klubları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın "İnter" və Azərbaycanın "Qarabağ" klubları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

“İnter“ - “Qarabağ“ matçının biletləri satışa çıxarıldı

Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın "İnter" və Azərbaycanın "Qarabağ" klubları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.



AzNews.az xəbər verir ki, biletlərin qiyməti 20 avrodur.

5 yaşadək uşaqlar üçün isə biletlər pulsuz olacaq.

Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı oktyabrın 2-də keçiriləcək.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "İnter"in qonağı olacaq "Qarabağ" oyuna ciddi şəkildə hazırlaşıb. Ağdam klubunun futbolçusu Qara Qarayev bu barədə məlumat verib: "İnter" haqqında nəsə danışmaq artıq olar. Dünyada sözünü demiş bir komandaya qarşı çıxış edəcəyik. Çətin olacağını bilirik, amma çəkinmirik. Bura biraz tez gəldik. Çünki, hava şəraiti və mühitə öyrəşmək xeyrimizə olacaq. Qrupdan çıxmağımıza gəlincə, bu barədə nəsə demək tezdir. Ən azı 3-4 oyundan sonra, hansısa fikir yürütmək olar".


AzNews.az