Bakıda kross qaçışı

AzNews.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilib. Çempionatda "Məhsul" İC, "Təhsil" RİM, BTİ, "Ümid" İK və "Neftçi" İSM kimi 5 komandanı təmsil edən 93 idmançı (34 qadın) iştirak edib.

Kişilər arasında 10 km məsafədə Novruzov Vüqar (Təhsil RİM), oğlanlar arasında 6 km məsafədə Vəliyev Ramal (Təhsil RİM), 3 km məsafədə Məmmədov İsmayıl (Ümid İK), 2 km məsafədə Mustafazadə Hacımurad (Neftçi İSM), qadınlar arasında 6 km məsafədə Məmmədova Şəfa (Neftçi İSM), qızlar arasında 4 km məsafədə Novoseltseva Larisa (Məhsul İC), 2 km məsafədə Zəhrətdinova Yana (Məhsul İC), 1 km məsafədə Vəliyeva Günel (Təhsil RİM) I yerlərə layiq görülüb.

Qeyd edək ki, I, II, III yerlərə layiq görülən idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

AzNews.az