Hakimlər ədalətli ola biləcəkmi? Hakimlər ədalətli ola biləcəkmi?

“Partizan” – “Neftçi” oyununun hakimi məlum oldu

Hakimlər ədalətli ola biləcəkmi?



AzNews.az xəbər verir ki, Bakı "Neftçi"sinin Avropa Liqasının qrup mərhələsindəki oyununu idarə edəcək baş hakim müəyyənləşib. UEFA Belqrad və Bakı komandalarının sentyabrın 20-də baş tutacaq oyununu çex referi Libor Kovarikə tapşırıb.

1976-cı il təvəllüdlü Kovarik 2006-cı ilin yanvar ayından FİFA referisi statusu daşıyır. Cari mövsümdə o, Avropa Liqasının təsnifat mərhələlərinin üç oyununu idarə edib. "Maritimo" – "Dila", "Lex" – AİK və "Skonto" – "Hayduk" oyunlarında fit çalan çex referi 15 sarı vərəqə göstərib. Çexiya çempionatında idarə etdiyi 4 qarşılaşmada isə 19 sarı və 2 qırmızı vərəqədən yararlanıb.

2011-ci ildə Avropa Liqasının qrup mərhələsinin "Maribor" – "Brügge" və "Makkabi" (Hayfa) – AEK, 2010-da isə "Mançester Siti" – "Salzburq" və "Zenit" – "Hayduk" matçınlarını idarə edib. Ötən il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Andorra – İrlandiya matçında ədaləti qoruyan Kovarik həm bu turnirin, həm də Avropa Liqası və Çempionlar Liqasının bir çox matçına dördüncü hakim kimi təyinat alıb.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

AzNews.az