Baş məşqçi 5 oyunluq cəzalanıb Baş məşqçi 5 oyunluq cəzalanıb

AFFA baş məşqçiyə cəza kəsdi

Baş məşqçi 5 oyunluq cəzalanıb



AzNews.az xəbər verir ki, bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Azərbaycan birinci divizionunun 2-ci turunun oyunlarında qeydə alınan qanun pozuntularına hüquqi qiymət verilib. Aparılan müzakirələrdən sonra kəsilən cəzalar élan edilib: "Bakılı" – "Qala" matçında "Bakılı"nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 33-cü dəqiqəsində "Qala"nın futbolçusu Yevgeni Myakov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

Matçın 86-cı dəqiqəsində "Bakılı"nın inzibatçısı Babək Mahmudov hakimə qarşı təhqiredici hərəkətə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Bakılı" klubunun baş məşqçisi Asəf Namazov hakim-inspektoru təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.

AzNews.az