01:06
(077) 610-22-33

Milli komandamız dünya çempionatından medallarla qayıdıb

  • >
694 18 Sentyabr 2012 14:49 | İdman

İdmançılar Vətənə 16 medalla dönüb



AzNews.az xəbər verir ki, kiqboksinq üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandamız 17 sentyabr saat 17:00-da Slovakiyanın Bratislava şəhərində keçirilən dünya çempionatından Vətənə qayıdıb. Bu barədə məlumatı Azərbaycan Kiqboksinq Federasiyasının baş katibi Rüstəm Rüstəmov verib. Federasiya rəsmisi Bakıya medallarla qayıdan idmançıların siyahısını təqdim edib:

Mövsümzadə Emil (qızıl) – DİN İdman Cəmiyyəti
İbadullayev Pərviz (gümüş) – DİN İdman Cəmiyyəti
Əzimov Zöhrab (gümüş) – DİN İdman Cəmiyyəti
Əliyev Rəhim (gümüş) – "Qızıl Əlcək" Klubu
Məmmədov Anar (gümüş) – "Neftçi" İdman Cəmiyyəti
Atakişiyev Altay (bürünc) – "Neftçi" İdman Cəmiyyəti
Vəliyev Nicat (bürünc) – DİN İdman Cəmiyyəti
Məmmədov Ruhil (bürünc) – DİN İdman Cəmiyyəti
Kazımov Nəsir (bürünc) – DİN İdman Cəmiyyəti
Babayev Kamran (bürünc) – "Neftçi" İdman Cəmiyyəti
Bayramov Kamran (bürünc) – "Neftçi" İdman Cəmiyyəti
Novruzov Ceyhun (bürünc) – DİN İdman Cəmiyyəti
Məmmədli Qədim (bürünc) – "Neftçi" İdman Cəmiyyəti
Əsgərov Sərxan (bürünc) – "Qızıl Əlcək" Klubu
Məmmədov Süleyman (bürünc) – DİN İdman Cəmiyyəti
Cabbarov Taleh (bürünc) – "Neftçi" İdman Cəmiyyəti


Qeyd edək ki, yarışda milli komandamızı 26 idmançı təmsil edib.

AzNews.az əməkdaşı ilə söhbətində Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Rüstəm Rüstəmov bildirib ki, dünya çempionatında DİN idman Cəmiyyəti və "Neftçi" İdman Cəmiyyəti fəallığı ilə seçildiyi kimi, medalların sayında da üstünlük təşkil ediblər. Onun sözlərinə görə, idmançıların dünya çempionatında uğurlu iştirak etmələri əvvəlcədən gözlənilən idi.

Çünki Azərbaycan Kiqboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev idmançılar üçün yüksək səviyyədə şəraitin yaradılmasına nail olub. Eləcə də, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hərtərəfli şərait yaradılması dünya çempionatında yüksək nəticələrin əldə olunması üçün stimul yaradıb.

Xatırladaq ki, idmançılarımız dünya çempionatında federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov, yığmanın baş məşqçisi Hikmət Hacıyev və milli komandanın rəisi Sadıq Bağırovdan ibarət nümayəndə heyəti ilə çıxış edib.

AzNews.az
Bağla X