Futbol azarkeşləri bu xəbəri mütləq oxusunlar Futbol azarkeşləri bu xəbəri mütləq oxusunlar

AFFA çağırış etdi

Futbol azarkeşləri bu xəbəri mütləq oxusunlar



AzNews.az xəbər verir ki, 22 sentyabrda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 start götürəcək. Çempionatın ilk oyunu saat 17:00-da, Tofiq Bəhramov adına Respubika stadionunda Nigeriya və Kanada yığmaları arasında keçiriləcək.

AFFA rəsmi saytında futbol azarkeşlərinə çağırış edib. Bildirilir ki, saat 18:00-da açılış mərasimi, saat 20:00-da isə Azərbaycan - Kolumbiya qarşılaşması başlayacaq.

Açılış mərasiminə və yığmamızın ilk oyununa təşrif buyuracaq azarkeşlərdən xahiş olunur ki, FIFA-nın tələblərinə və təhlükəsizlik qaydalarına uyğun olaraq tribunalarda yerlərini saat 18:00-a qədər tutsunlar.

Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyun saat 17:00-da keçiriləcəyi üçün arenanın qapıları saat 15:00-dan etibarən açıq olacaq.

AzNews.az