Bakıda qalib ol, 10 min dollar mükafat al!

Sentabrın 21-23 tarixlərində Bakıda keçiriləcək güləş üzrə Qızıl Qran-pri yarışlarının mükafat fondu açıqlanıb. AzNews.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov bu məbləğin 441 min ABŞ dolları olacağını açıqlayıb.

Belə ki, 26 ölkənin iştirak edəcəyi yarışın qalibi 10 min, gümüş sahibi 5000, bürünc mükafatçı isə 2000 dollar qazanacaq. Habelə çempion olan idmançının məşqçisi də 2000 dollar qazanacaq.

Cəfərov onu da qeyd edib ki, qarşıdakı yarışda Yunan-roma və sərbəst güləş üzrə komandalarımız üç, qadınlardan ibarət komandamız isə iki heyətlə çıxış edəcək. Olimpiya mükafatçıları Qızıl Qran-pridən azad olunacaq.

Emin Abbasov
AzNews.az