Fransanın əfsanəvi futbolçuları “Bakı”nın bazasını ziyarət etdilər

Bu günlərdə Azərbaycanda səfərdə olan fransalı qonaqlar – başda "Lans" futbol klubun prezidenti Lyuk Dayan və Fransa Futbol Federassiyasının vitse-prezidenti Jarva Martel olaraq, dünya futbolunun ulduzları Jan-Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar "Bakı" futbol klubunun təlim məşq bazasını ziyarət etdilər.

AzNews.az xəbər verir ki, qonaqlar Qadınlar arasında Dünya çempionatında iştirak edən komandaların məşq meydançaları ilə yaxından tanış oldular, həmçinin yeni tikilən meydançalar, futbol Akademiyası və Azərbaycan Respublikasının ümümmilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş muzey kompleksini, media-mərkəzini ziyarət etdilər.

Əcnəbi mütəxəssislər "Bakı"nın U-17 komandasının məşq prossesini də izlədilər. Maraqlıdır ki, məşqi izləyərkən fransızlar komandanın bir neçə oyunçularına yüksək qiymət verdilər.

Emin Abbasov
AzNews.az