17:12
(077) 610-22-33

"Topaz Premyer Liqası" rəsmən təsdiqləndi

  • >
551 19 Sentyabr 2012 16:20 | İdman

Bu gün "Topaz" şirkəti və Peşəkar Futbol Liqası arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar KİV nümayəndələri və futbol ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə konfrans keçirildi.

AzNews.az xəbər verir ki, vərasimdə PFL-in prezidenti Ramin Musayev və "Azərinteltek" şirkətinin Direktorlar Şurasının sədri Ahmet Geylani Sezer 3 illik strateji əməkdaşlıq müqaviləsi imzaladılar.

Tədbirdə həmçinin AFFA-nın baş katibi Elxan Məmmədov və "AzərİdmanServis" şirkətinin rəhbəri Azər Məhərrəmov də iştirak edib. İmzalanan müqaviləyə əsasən, 19 sentyabr tarixindən etibarən "Topaz" Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və bu liqanın adı "Topaz Premyer Liqası" olacaq.

Emin Abbasov
AzNews.az
Bağla X