Yozef Blatter: “Azərbaycan DÇ keçirilən ölkələrdən çox fərqli məkandır“

Dünya çempionatının xüsusilə Azərbaycan kimi dövlətdə keçirilməsi qadın futbolunun inkişafı üçün böyük tarixdir. Bunu FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılışı ilə bağlı mətbuat konfransında FIFA prezidenti Yozef Blatter bildirib.

"Azərbaycan indiyə kimi DÇ keçirilən ölkələrdən çox fərqli məkandır. Azərbaycan və onun paytaxtı Bakı müxtəlif sivilizasiyaların qovşağıdır. Futbol bütün mədəniyyətlərə məxsus insanları birləşdirən bir oyundur.

Prezident İlham Əliyevin bu çempionatın keçirilməsinə şəxsən diqqət və qayğısını qeyd etmək istərdim", - Blatter deyib. O, həmçinin Cenifer Lopezin açılış mərasimində çıxış edəcəyini qeyd edərək bildirib ki, bu, qadın futbolu üçün gözəl sürpriz olacaq.

Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimi sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

AzNews.az