11:59
(077) 610-22-33

İlham Əliyev FIFA prezidentini qəbul etdi

  • >
515 21 Sentyabr 2012 16:25 | İdman

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü FIFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə FIFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edildi, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirildi.

Görüşdə, həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulandı, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirildi.

FIFA-nın prezidenti Yozef Blatter FIFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FIFA-nın vımpelini dövlətimizin başçısına təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından FIFA-nın prezidenti Yozef Blatterin şərəfinə nahar verildi.

AzNews.az
Bağla X