Şərif Şərifov Dağıstanda özünə toy edır Şərif Şərifov Dağıstanda özünə toy edır

Ləzgi milyarder idmançımıza 500 min dollar mükafat ayırdı

Şərif Şərifov Dağıstanda özünə toy edır



Oktyabrın 29-da London olimpiadasında Azərbaycana ikinci qızıl medalı qazandıran sərbəst güləşçimiz Şərif Şərifovun toyudur. AzNews.az-a daxil olan məlumata görə, milliyətcə ləzgi olan Şərif Şərifovun toyu Dağıstanda olacaq. Toy mərasiminə Azərbaycanın və Dağıstanın tanınmış idmançıları ilə yanaşı, nüfuzlu şəxslər da dəvətlidir.

Qafqaz əsilli rusiyalı milyarder, "Anji"nin prezidenti, Süleyman Kərimov bildirib ki, Ş.Şərifov dost ölkənin bayrağı altında çıxış etsə də, bizim də fəxrimizdir.
O, həmçinin Ş.Şərifov üçün 500 min dollar həcmində mükafat ayırdığını söyləyib. Mükafatın toy mərasimində təqdim edilməsi gözlənilir.

Qeyd edək ki, milliləşdirilmiş legionerimiz Şərif Şərifov 1988-ci ilin noyabrın 11-də Mahaçqala şəhərində anadan olub. Şərifov beynəlxalq arenada 2008-ci ildən çıxış edir. Onun ilk ciddi uğuru 2009-cu ilə təsadüf edir. Həmin vaxt Şərif dünya çempionatında bürünc medal qazanıb, 2011-ci ildə isə İstanbulda təşkil olunan dünya çempionatında birinci yeri tutub.

Şərifov 2010-cu ildə Bakıdakı Avropa çempionatında ikinci olub, 2011-ci ilin qitə çempionatında isə bürünc medal qazanıb. 2012-ci ildə isə London Olimpiadasından qızıl medalla qayıdıb.

Elza
AzNews.az