Azərbaycan Lənkəranda Nigeriya ilə üz-üzə

Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, oktyabrın 13-dək davam edəcək çempionatda Azərbaycan yığması da meydan sahibi qismində mübarizə aparır.

Təşkilatçı ölkə təmsilçisi olaraq yığmamız A qrupunda Kolumbiya, Nigeriya və Kanada ilə mübarizə aparır. Sissi Raytın yetirmələri mundialdakı ilk və tarixi matçını Kolumbiyaya qarşı keçirib və 0:4 hesabıyla uduzub. Komandamız ikinci görüşünü bu gün Nigeriyaya qarşı keçirəcək. Hansı ki, bu rəqibimiz ilk görüşündə Kanada ilə sülh bağlamışdı – 1:1.

A qrupunun digər oyununda isə Kolumbiya ilə Kanada görüşəcək.

DÇ-2012
A qrupu
25 sentyabr

14:00. KOLUMBİYA – KANADA
Bakı. "Şəfa" stadionu
Baş hakim: Carina Vitulano (İtaliya).

17:00. AZƏRBAYCAN - NİGERİYA
Lənkəran şəhər mərkəzi stadionu.
Baş hakim: Alondra Arellano (Meksika).

AzNews.az