“Baku Fires“in rəqibləri bəlli oldu

Ümumdünya Boks Seriyasında (WSB liqasında) yeni mövsümün püşkü atılıb. Bu dəfə 12 komanda iki qrupda mübarizə aparacaq.

AzNews.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, "Baku Fires" klubu "A" qrupunda Rusiyanın "Dinamo" (Moskva), Hindistanın "India Fighters", Argentinanın "Argentina Condors", Meksikanın "Mexico Guerreros" və Polşanın "Hussars Poland" komandaları ilə görüşəcək. "B" qrupunda isə "Milano Thunder" (İtaliya), "Germany Eagles (Almaniya), "Astana Arlans" (Qazaxıstan) və adları hələ ki dəqiqləşməyən Ukrayna, Böyük Britaniya və ABŞ klubları yer alacaq.

Komandamızın qrupunda Argentina və Polşa təmsilçiləri WSB liqasında debüt edirlər. "Baku Fires" qrupda ilk görüşünü noyabrın 17-də doğma divarlar arasında "Argentina Condors"a qarşı keçirəcək.

"Baku Fires"in oyunlarının təqvimi:

1-ci tur: "Baku Fires" - "Argentina Condors"
2-ci tur: "India Fighters" - "Baku Fires"
3-cü tur: "Dinamo" (Moskva) - "Baku Fires"
4-cü tur: "Baku Fires" - "Mexico Guerreros"
5-ci tur: "Baku Fires" - "Hussars Poland"
6-cı tur: "Argentina Condors" - "Baku Fires"
7-ci tur: "Baku Fires" - "İndia Fighters"
8-ci tur: "Baku Fires" - "Dinamo" (Moskva)
9-cu tur: "Mexico Guerreros" - "Baku Fires"
10-cu tur: "Hussars Poland" - "Baku Fires"

Ədil Hüseynli
AzNews.az