19:09
(077) 610-22-33

Azərbaycan yığması dağıla bilər - EKSKLÜZİV

  • >
1 009 26 Sentyabr 2012 07:20 | İdman

Futbol üzrə 17 yaşlı qızlardan ibarət Azərbaycan milli yığma komandasının ölkəmizdə keçirilən Dünya çempionatında uğursuz çıxışı AFFA rəhbərliyinin hiddətinə səbəb olub. Belə ki, ilk iki oyunda 15 qol buraxan yığmanın gələcək taleyi sual altına düşüb.

AzNews.az saytına etibarlı mənbələrdən verilən məlumata əsasən, turnir qurtardıqdan sonra U-17 komandası dağıla bilər.

Belə ki, hazırkı heyətdə hər hansı bir perspektiv görməyən AFFA rəhbərliyi kollektivin tam şəkildə buraxıb, yeni komandanın formalaşdırmağa qərar verə bilər. Eyni zamanda, bütün məşqçi heyəti ilə də yolların ayrılacağı gözlənilir.

Emin Abbasov
AzNews.az
Bağla X