Futbolçunun evinə hücum etdilər

Türkiyənin "Qalatasaray" futbol komandasının çexiyalı oyunçusu Milan Baroşun ölkəsindəki evi hücuma məruz qalıb.

Çexiya polisinin verdiyi məlumata görə, futbolçuya aid villanın yerləşdiyi şəhərciyin qapısına yaxınlaşan əlil arasında oturan yaşı bir qadın və və arabanı idarə edən bir kişi təhlükəsizlik əməkdaşı ilə söhbət edərək içəriyə girməyə müvəffəq olublar. Cütlük daha sonra Milan Baroş, ölkənin məşhur işadamı Zdenek Pasak və Kanadanın idman naziri Otto Celienin evinə zərər verib.

Qeyd edək ki, polis rəsmiləri və şəhərcik rəhbərliyi cütlüyün evlərə hansı formada ziyan vurması və zərərin məbləği barədə məlumat verməyib. Milan Baroş isə təhlükəsizliyi üçün hər ay 600 avro ödədiyi şəhərcik barədə başladılmış hüquqi prosesi bundan sonra vəklinin təqib edəcəyini deyib.

AzNews.az