06:15
(077) 610-22-33

“Bakı-2015”in medallarının təqdimatı keçirildi - FOTO

  • >
1 596 4 Mart 2015 17:21 | İdman

2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının medallarının təqdimat mərasimi təşkil olunub.



AzNews.az APA-ya istinadən xəbər verir ki, tədbirdə qızıl, gümüş və bürünc mükafatlar təqdim edilib.

Medalların üzərində dekorativ Bakı-2015 brendinə uyğun şəkildə hazırlanmış unikal təsvirlər əks olunub.


Mükafatın mərkəzində Avropa Oyunlarının loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdı. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitəsinin emblemini və mətn simvolunu əks etdirir.

Medalların tərtibatı Soçi-2014 qış olimpiya və paralimpiya oyunlarının medallarını hazırlamış məşhur zərgər brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdu. Medallar "Azersuvenir" şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

Bakı-2015-in startına 100 gün qalması ilə əlaqədar keçirilən tədbir zamanı çıxış edən Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq medalların tərtibatının təqdim olunmasına da münasibət bildirib: "Avropa Oyunları medallarının bədii tərtibatını ictimaiyyətə təqdim etməklə, 100 günlük gerisayımın başlanğıcını qeyd etmək və Bakıda yarışacaq qitənin ən güclü idmançılarının uğurlarını səbirsizliklə gözləmək də həyəcanvericidi. Biz idmançıları özlərini daha yaxşı göstərə biləcəkləri arenalarla təmin edəcəyik. Mən bu göz oxşayan medal tərtibatlarının onların cəhdlərinə qarşılıq verəcəyinə inanıram".

Təqdimetmədə bürünc medal Teymur Məmmədov, gümüş İlham Zəkiyev, qızıl isə Namiq Abdullayevin boynundan asılıb.
image description
Bağla X