"Real" yeni mövsüm üçün ilk transferini edib. "Real" yeni mövsüm üçün ilk transferini edib.

“Real”dan 20 milyonluq transfer

"Real" yeni mövsüm üçün ilk transferini edib.




AzNews.az-ın qol.az-a istinadən məlumatına görə, "Portu"nun futbolçusu Danilo Luis da Silva yeni mövsümdən Madrid klubunun şərəfini qoruyacaq.

Artıq bununla bağlı həm 23 yaşlı müdafiəçi ilə, həm də "Portu" ilə razılıq əldə olunub. Bu mövsüm başa çatdıqdan sonra "Real" Danilo ilə 6 illik müqavilə imzalayacaq.

Madrid klubunun bu transfer üçün "Portu"ya 20 milyon avro təzminat ödəyəcəyi bildirilib.