04:25
(077) 610-22-33

8 martda qadın futbolçular arasında dava: yaralılar var

  • >
1 466 9 Mart 2015 19:36 | İdman

8 martda qadın futbolçular arasında dava düşüb. ANS PRESS-in məlumatına görə, Türkiyədə baş verən olay zamanı 9 futbolçu yaralanıb.


Belə ki, Türkiyə çempionatının 1-ci liqasında çıхış edən "Qazikentspor" "Adana İdman Yurdu"nu qəbul edib.

80-ci dəqiqədə baş hakim Ökkeş Sunqur "Adana İdman Yurdu"nun oyunçusunu meydandan qovub. Bu zaman iki komandanın oyunçuları arasında gərginlik yaranıb. Azarkeşlərin meydana çıхması nəticəsində isə gərginlik davaya çevirilib.

Bu zaman Ökkeş Sunqur matçı bitirərək hakimləri paltardəyişmə otağına aparıb. Dava nəticəsində "Qazikentspor"un 5, "Adana İdman Yurdu"nun 4 futbolçusu yaralanıb. Stadiona gələn təcili tibbi yardım maşanları onları хəstəхanaya aparıb.

Hər iki klubun rəhbərliyi şikayətçi olub. Futbolçular və klub rəsmiləri polis idarəsinə gedərək ifadə verib.
Bağla X