Dünən futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Dünən futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

“Beşiktaş” öndə olsa da uduzdu - VİDEO

Dünən futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.


AZNEWS.AZ xəbər verir ki, 16 komandanın mübarizə apardığı bu mərhələnin bütün görüşləri eyni gündə keçirilib.

1/16 finalda "Liverpul"u mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu səfərdə "Brügge"nin qonağı olub. Oyunda hesabı istanbullular açsa da sonda sevinən tərəf belçikalılar olub: 2-1.

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ"la eyni qrupda mübarizə aparan Ukraynanın "Dnepr" klubu öz meydanında Hollandiyanın "Ayaks" klubunu sınağa çəkib və 1-0 hesabı ilə qalib gəlib.

Digər oyunlar belə nəticələnib:
21:00. "Zenit" (Rusiya) - "Torino" (İtaliya) - 2:0
Qollar: Vitsel, 38 (1:0), Krişito, 53 (2:0)

22:00. "Brügge" (Belçika) - "Beşiktaş" (Türkiyə) - 2:1
Qollar: Gökhan Töre, 46 (0:1), De Sutter, 62 (1:1), Refaelov, 78 (2:1)

22:00. "Dnepr" (Ukrayna) - "Ayaks" (Hollandiya) - 1:0
Qol: Zozulya, 30 (1:0)

22:00. "Volfsburq" (Almaniya) - "İnter" (İtaliya) - 3:1
Qollar: Palasio, 6 (0:1), Naldo, 28 (1:1), De Bruyne, 63 (2:1), 76 (3:1)

00:05. "Everton" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1
Qollar: Qusev, 14 (0:1), Naismit, 39 (1:1), Lukaku, 82-pen (2:1)

00:05. "Fiorentina" (İtaliya) - "Roma" (İtaliya) - 1:1
Qollar: İliçiç, 17 (1:0), Keyta, 77 (1:1)

00:05. "Napoli" (İtaliya) - "Dinamo" (Moskva, Rusiya) - 3:1
Qollar: Kurayni, 2 (0:1), İquain, 25, 30-pen, 55 (3:1)
Qırmızı vərəqə: Zobhin, 46 ("Dinamo")

00:05. "Vilyarreal" (İspaniya) - "Sevilya" (İspaniya) - 1:3
Qollar: Vitolo, 1 (0:1), Mbia, 26 (0:2), Vietto, 48 (1:2), Qameyro, 50 (1:3)