06:00
(077) 610-22-33

Arda Turan dua etdi, “Atletiko Madrid” qələbə qazandı – VİDEO

  • >
2 223 18 Mart 2015 09:13 | İdman

Dünən gecə futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.



AZNEWS.AZ xəbər verir ki, həftənin ilk oyun günündə 2 görüş baş tutub.

İspaniyanın "Atletiko Madrid" klubu Almaniya "Bayer"ini qəbul edib. "Visente Kalderon"da keçirilən qarşılaşmada "Baku 2015" loqolu Madrid təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalı idi. Düzdür, onlar 1-0 hesablı qələbə qazansalar da bu nəticə onlara növbəti mərhələyə keçmək şansı verməyib. Çünki ilk oyunda Arda Turanın komandası eyni hesabla Leverkuzen klubuna uduzmuşdular.

Oyunun taleyinə isə penaltilər aydınlıq gətirib. Bu zaman Arda Turan dizlərini yerə qoyaraq dua edib. Nəticədə isə sevinən tərəf onun komandası olub. "Bayer"də 2 penaltini vura bilməyənlər arasında 2 türk furbolçu da (Çalxanoğlu və Toprak) olub.

İkinci oyun isə Monakoda start götürüb. Öz meydanında 1:3 hesabı ilə məğlub olan İngiltərə "Arsenal"ı "Monako"nu 2-0 hesabı ilə udsa da bu nəticə onları Çempionlar Liqasından kənarda qoyub.

Beləliklə, "Monako" və "Atletiko Madrid" növbəti mərhələyə adlayıb.

"Atletiko" (İspaniya) – "Bayer" (Almaniya) 1:0 (Pen: 3:2)
Qol: Suares, 27
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Madrid. Visente Kalderon stadionu
İlk oyun – 0:1

"Monako" (Fransa) – "Arsenal" (İngiltərə) 0:2
Qol: Jiru, 36; Remzi, 78
Baş hakim: Sven Oddvat Moen (Norveç)
Monako. II Lui stadionu
İlk oyun – 3:1





Bağla X