08:58
(077) 610-22-33

“Barselona“ bu gün “Mançester Siti“ni sınağa çəkəcək

  • >
1 028 18 Mart 2015 09:20 | İdman

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq.



AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, keçiriləcək iki oyunla bütün 1/4 finalçıların adı bəlli olacaq.

"Barselona" öz meydanında "Mançester Siti"ni qəbul edəcək. Səfərdə keçirdyi ilk görüşdə 2:1 hesabı ilə qalib gələn kataloniyalılar bu oyunun da favoriti sayılır.

"Yuventus" Almaniyada Dortmund "Borussiya"sının qonağı olacaq. İtaliyada baş tutan ilk matçda turinlilər 2:1 hesabı ilə qalib gəliblər. Buna görə də bugünkü görüşdə komandaların şanslarını bərabər hesab etmək olar.

18 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
(İlk oyun - 2:1)

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Yuventus" (İtaliya)
(İlk oyun - 1:2)
Bağla X