Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupda bu gün ikinci turun oyunları keçirilib. Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupda bu gün ikinci turun oyunları keçirilib.

Rəqibini top atəşinə tutan millimizdən möhtəşəm qələbə

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupda bu gün ikinci turun oyunları keçirilib.



ANS PRESS-in məlumatına görə, milli komandamız bu dəfə Danimarka ilə qarşılaşıb.

Rəqibini top atəşinə tutan millimiz möhtəşəm qələbə qazanıb. Belə ki, komandamız 11:2 hesablı qələbəyə sevinib. Turun digər oyununda isə Ukrayna Belçikanı 9:2 hesabı ilə yenib.

Xatırladaq ki, ilk turda Azərbaycan yığması Belçikaya (3:1), Ukrayna isə Danimarkaya (5:2) qalib gəlib.

Avropa çempionatı
Əsas mərhələ
4-cü qrup, II tur

19 mart
Belçika - Ukrayna 2:9
Qollar: Mohamed Dahbi Reda, 6:44. Ahmed Sababti, 9:14 - Mikola Bilotserkivets, 0:58; 11:30; 19:02; 26:09; 29:32. Dmitri Sorokin, 23:57. Dmitro Bondar, 27:13. Yevgeni İvanyak, 35:40. Roman Kordoba, 36:29.

Azərbaycan - Danimarka 11:2
Qollar: Fineo, 6:24; 33:58. Rəcəb Fərəczadə, 12:18. Vitali Borisov, 17:54. Amadeu, 24:40. İsa Atayev, 30:25; 37:12. Auqusto, 31:09. Ramiz Çovdarov, 32:49; 36:45. Rizvan Fərzəliyev, 35:49 - Yakob Yensen, 20:25. Mads Yensen, 30:38.
Azərbaycan: Laersio Buranello, Rizvan Fərzəliyev, Amadeu, Auqusto Sezar, Eduardo Mello - Vitali Borisov, Rafael Durval, Rövşən Hüseynli, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Fineo, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov.