Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsində V turun oyunlarına start veriləcək. Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsində V turun oyunlarına start veriləcək.

İspaniya bu gün Ukraynanı sınağa çəkəcək

Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsində V turun oyunlarına start veriləcək.



AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə C, E və G qruplarında oyunlar baş tutacaq.

C qrupunda son Avropa çempionu İspaniya millisi öz meydanında Ukraynanı sınağa çəkəcək. Qonşu pillələrdə qərarlaşan komandaların dueli maraqla gözlənilir. Qrupun digər oyunlarında Slovakiya Lüksemburqu, Makedoniya isə Belarusu qəbul edəcək.
E qrupunun lideri İngiltərə yığması öz meydanında Litva ilə münasibətlərinə aydınlıq gətirəcək. İngiltərə bu görüşdə qalib gələcəyi təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcək. Qrupdakı digər oyunlara gəlincə Sloveniya evdə San Marino, İsveçrə isə Estoniya ilə qarşılaşacaq.


G qrupun maraqla gözlənilən oyunu Monteneqroda keçiriləcək. Burada yerli komanda Rusiya millisini qəbul edəcək. Digər görüşdə İsveç səfərdə Moldovanın, qrupun lideri Avstriya yığması isə Lixtenşteynin qonağı olacaq.

27 mart
"Avro-2016"nın seçmə mərhələsi, V tur


C qrupu

23:45. İspaniya - Ukrayna
23:45. Slovakiya - Lüksemburq
23:45. Makedoniya – Belarus

E qrupu

23:45. İngiltərə - Litva
23:45. Sloveniya - San Marino
23:45. İsveçrə - Estoniya

G qrupu

23:45. Monteneqro - Rusiya
23:45. Moldova - İsveç
23:45. Lixtenşteyn – Avstriya