Bakı 2015 Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələrin adları bəlli olub. Bakı 2015 Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələrin adları bəlli olub.

Bu idman növündə yarışacaq ölkələrin adları bəlli oldu - Bakı 2015-də

Bakı 2015 Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələrin adları bəlli olub.



AzNews.az Bakı 2015-in saytına istinadən məlumat verir ki, Marafon şəhərində keçirilmiş Avropa Qran-pri yarışları zamanı Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna kamandan oxatma üzrə həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün üç kvota yeri əldə etdilər.

Yunanıstanda keçirilmiş kamandan oxatma yarışları Avropa Oyunları üçün son təsnifat yarışı olub. Bakı 2015 yarışlarına ev sahibliyi edəcək Azərbaycan da kişi və qadınlar arasında keçiriləcək yarışların hər biri üçün 3 kvota yerinə malikdir.

Sloveniya və Norveç Bakı 2015 Avropa Oyunları zamanı kişilər arasında keçiriləcək kamandan oxatma yarışlarında iştirak üçün üç yer qazanıb. Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrənin hər biri isə qadınlar arasında keçiriləcək yarışlar üçün üç yer əldə edib.

Aşağıda adları çəkilən ölkələrin hər biri Bakı 2015 Avropa Oyunlarında kişilər arasında keçiriləcək kamandan oxatma yarışları üçün bir kvota yeri əldə ediblər: Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, Ermənistan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya (universallıq prinsipinə əsasən verilən yer), Kosovo (universallıq prinsipinə əsasən verilən yer) və Serbiya (universallıq prinsipinə əsasən verilən yer).

Aşağıda adı qeyd olunan ölkələrin hər biri Bakı 2015 Avropa Oyunlarında qadınlar arasında keçiriləcək kamandan oxatma yarışları üçün bir kvota yeri əldə ediblər: Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, Ermənistan, İsveç və Litva (universallıq prinsipinə əsasən verilən yer).

Marafon şəhərində qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş fərdi yarışlarda ilk üç yerə italiyalı oyunçular başçılıq ediblər. Həmin yarışlarda Klaudia Mandina birinci, Sara Violi ikinci, Qvendalina Sartori isə üçüncü yeri tutub.

Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş yarışlarda isə qızıl medalı ikiqat Olimpiya çempionu Ukraynalı Markiyan İvaşko qazanıb. İtaliyalı David Paskualikki gümüş medalın, digər italiyalı Marko Morello isə bürünc medalın sahibi olub.

Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi Belarus olub. Sözügedən yarışda Hollandiya komandası gümüş, Ukrayna isə bürünc medala yiyələnib.

Qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi Gürcüstan olub. Yunanıstan ilə İtaliya isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.

Rekursiv kaman kateqoriyası üzrə qarışıq komanda yarışlarında qızıl medalı Ukrayna qazanıb. Adıçəkilən yarışda Böyük Britaniya gümüş, Gürcüstan isə bürünc medalın sahibi olublar. Yarışın bu növü Bakı 2015 Avropa Oyunları zamanı da keçiriləcək.