22:21
(077) 610-22-33

“Neftçi“də prezidentlik institutu ləğv olunur - Abdullayev sədr olur

  • >
1 711 30 Mart 2015 17:53 | İdman

“Çingiz Abdullayevin “Neftçi”nin prezidenti vəzifəsinə gətirilməsi məsələsi bu ayın əvvəllərindən gündəmdə olub”.



Bu sözləri Qol.Az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qurumun katibi Çingiz Abdullayevin "Neftçi"nin prezidenti təyin olunması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, xalq yazıçısına həqiqətən "Neftçi"nin prezidenti vəzifəsi təklif olunub: "Biz onun "Neftçi"yə gedişini gözləyirdik".

Qol.Az-ın əldə etdiyi başqa bir xəbərə görə, "Neftçi"nin strukturunda dəyişiklik olacaq. Bundan sonra klubda prezidentlik institutu ləğv olunacaq və klubda Müşahidə Şurası yaradılacaq. Şuraya Çingiz Abdullayev rəhbərlik edəcək.

Qeyd edək ki, hələlik "Neftçi" klubu yayılan xəbərlərlə əlaqədar rəsmi açıqlama verməyib.
Bağla X