Sərhədçi Olimpiya Mərkəzində Karate Üzrə I-Açıq Çempionatı keçirilib. Bədii formatda başlayan tədbir sonradan karateçilərin gözəl sənət nümayiş etdirilməsi davam edib. Sərhədçi Olimpiya Mərkəzində Karate Üzrə I-Açıq Çempionatı keçirilib. Bədii formatda başlayan tədbir sonradan karateçilərin gözəl sənət nümayiş etdirilməsi davam edib.

Adil Əliyev: ”Rafael Ağayev ölkəmizi dünyada layiqincə təmsil edir”

Sərhədçi Olimpiya Mərkəzində Karate Üzrə I-Açıq Çempionatı keçirilib. Bədii formatda başlayan tədbir sonradan karateçilərin gözəl sənət nümayiş etdirilməsi davam edib.



Çempionatda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Baş Qərargahın rəisi, general-leytenant Rəşad Sadiqov, millət vəkili Fərəc Quliyev, Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev, Milli Karate Federasiyasının Prezidenti Yaşar Bəşirov iştirak ediblər.

Çıxış edən natiqlər Azərbaycanda idmanın bugünkü inkişaf vəziyyətindən danışıblar.

Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev karatenin Azərbaycanda çox sevilən idman növu olduğunu, məşhur karateçi Rafael Ağayevin dünyada bu idman növünü layiqincə təmsil etdiyini, ölkəmizin adını yüksəkliklərə qaldırdığını bildirib.

Millət vəkili bu gün idmanda qazanılan bütün uğurların ölkə başçısı, cənab İlham Əliyevin idman olan qayğısı və himayəsindən sonra başladığını söyləyib.

Elnur Eltürk