- Köhnə - İdman
- 31 Mart 2015 17:55
- 4 753
Çingiz Abdullayevlə bağlı xəbərimiz rəsmən təsdiqləndi - Rəhbər oldu
Bu gün Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib.
AZNEWS.AZ xəbər verir ki, iclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumun tərkibində faəliyyət göstərəcəyini deyib.
AFFA prezidenti xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Məmmədov, Sadıq Sadıqov və Zaur Qəhrəmanovun şuranın üzvləri təyin olunduğunu vurğulayıb.
Bildirilib ki, "Neftçi" futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq.
Qeyd edək ki, xalq yazıçısı Çingiz Abdullayevin "Neftçi" futbol klubuna prezident seçiləcəyi haqda ilk xəbəri AZNEWS.AZ saytı yayıb (xəbəri BURADAN oxuya bilərsiniz).