Bu gün “AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun Bu gün “AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun

Heydər Əliyevə həsr olunan turnirin püşkü atıldı

Bu gün “AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun

və "Synergy Group" ASC əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib. "AtaBank" ASC-nin baş ofisinin konfrans zalında təşkil edilən mərasimdə turnirə qatılacaq 16 komanda rəqibini tanıyıb.

Püşkün nəticəsinə əsasən komandalar 4 qrupa bölünüb. Qrup mərhələsindən sonra ilk 2 yeri tutan komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcək.

Qruplara və komandaların gücünə nəzər saldıqda matçların kifayət qədər gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Püşkə əsasən son çempion "No Name"lə gümüş medalçı "VTB Bank" eyni "dördlük"də yer alması da buna əyani sübutdur. Maraqlıdır ki, kor püşk ötən mövsüm yarımfinalda uduzaraq 3-cü yer uğrunda oyunda bir-birini sınağa çəkən "Gobustone"la "First United"u da daha erkən üz-üzə qoyub (həmin qarşılaşmada "Gobustone" qalib gəlmişdi).

Çempionata aprelin 4-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək. Şənbə və bazar günlər keçiriləcək qrup mərhələsinin matçlarına aprelin 19-da yekun vurulacaq.

Yarışda çempiona 4000, 2-ci yeri tutacaq komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.

Püşkatmanın nəticəsi:
A qrupu
"VTB Plus"
"Cybernet"
MXD
"Shamkir Capital Group"

B qrupu
VTB Bank
"Renasissance Construction"
"No Name"
"Caspian Sea Resort"

C qrupu
"AtaSığorta"
"Gobustone"
"AtaSum"
"First United"

D qrupu
"AtaTexnologiya"
"Synergetic"
"AtaCard"
"Black Star"

1/4 final
A1 – B2
B1 – A2
C1 – D2
D1 – C2

1/2 final
A1 – B2 cütünün qalibi - C1 – D2 cütünün qalibi
B1 – A2 cütünün qalibi - D1 – C2 cütünün qalibi

Üçüncü yer uğrunda
Yarımfinalların məğlubları

FİNAL