İspaniyanın “Barselona” futbol klubunun argentinalı ulduzu Lionel Messi bu gün jurnalistlər üçün mətbuat konfransı keçirib. İspaniyanın “Barselona” futbol klubunun argentinalı ulduzu Lionel Messi bu gün jurnalistlər üçün mətbuat konfransı keçirib.

Messi mətbuat konfransı keçirdi: “Enrike ilə münaqişəm yoxdur” (VİDEO)

İspaniyanın “Barselona” futbol klubunun argentinalı ulduzu Lionel Messi bu gün jurnalistlər üçün mətbuat konfransı keçirib.


AZNEWS.AZ xəbər verir ki, futbolçuya daha çox sabah Çempionlar Liqası çərçivəsində keçiriləcək "Barselona"-"Bavariya" görüşündən sual verilib.

O, Almaniya komandasının çalışdırıcısı Quardiola ilə yaxşı münasibətdə olduğu deyib:
"Əlbəttə, bu baş məşqçinin bizim oyunçuların ustalığından xəbəri var. Onunla xeyli sayda qələbələrimiz, uğurlarımız olub. Şəxsən Quardiola mənimlə dostluq edib. Onun dövründə yetişmişəm. O, istənilən rəqibin oyun üslubunu yaxşı öyrənir. "Barselona"dan getdikdən sonra onu bir neçə dəfə görmüşəm, ancaq heç bir ciddi söhbətimiz olmayıb".

Lionel Messi "Barselona"nın baş məşqçisi Luis Enrike haqda da verilən suala cavab verib: "Onunla münaqişəm yoxdur. Hazırda komandamız əla formadadır və istənilən trofeyi qazanmağa hazırıq".

Qeyd edək ki, "Barselona"-"Bavariya" matçı sabah Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.