02:19
(077) 610-22-33

“Heydər zirvəsi”nə 5 günə 200 adam qalxıb - FOTOLAR

  • >
828 6 May 2015 13:30 | İdman

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir.


Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu günlərdə Şahdağ ərazisində qeyri-sabit, qarlı-şaxtalı hava şəraitinə baxmayaraq yürüş iştirakçıları yüksək əhval-ruhiyyə ilə "Heydər zirvəsi"nə qalxaraq mərhum prezidentin xatirəsini yad edir.

Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artıb.

Ötən 5 gün ərzində respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan 200-ə yaxın ziyarətçi Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə qalxıb və may ayının 12-dək ümumilikdə 700-ə yaxın ziyarətçinin zirvəyə yürüş edəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 1 may 2015-ci il tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla "Heydər zirvəsi"nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası təşkilatçılıq edir.

Xatırladaq ki, "Heydər zirvəsi"nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 12-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.
image description image description image description image description image description image description image description image description image description image description
Bağla X