Ötən gecə futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu baş tutub. Ötən gecə futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu baş tutub.

Messi almanlara futbol dərsi keçdi – VİDEO

Ötən gecə futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu baş tutub.


İspaniyanın Barselona şəhərininin "Nou Kamp" stadionunda argentinalı ulduz Lionel Messinin şərəfini qoruduğu "Barselona" Almaniyanın "Bavariya" klubunu qəbul edib.

AZNEWS.AZ xəbər verir ki, 95639 tamaşaçı toplayan "Nou Kamp"da oyun qarşılıqlı hücumlarla keçib, ancaq əsas qol vurmaq şansları daha çox kataloniyalarda olub.

İlk qol isə oyunda 77-ci dəqiqədə vurulub. Yenə də stadiona toplaşan azarkeşləri Lionel Messi ayağa qaldırıb. 3 dəqiqədən sonra isə o, dubl edib. Matçda son nöqtəni braziliyalı oyunçu Neymar qoyub: 3-0.

İtaliyalı referi Nicola Rizzoli oyunda tərəflərin hər birinə 3 sarı vərəqə verib.

6 may
Çempionlar Liqası, yarımfinalın ilk oyunları
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) 3:0
Messi (77, 80), Neymar (94).