22:53
(077) 610-22-33

“Sevilya“ qalib gəldi, “Napoli“ xal itirdi - VİDEO

  • >
634 8 May 2015 09:14 | İdman

Ötən gecə futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.


AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, mərhələnin hər iki oyunu eyni gündə baş tutub.

Avropa Liqasının son qalibi "Sevilya" klubu öz meydanında "Fiorentina"nı sınağa çəkib. İspaniya təmsilçisi titulunu qorumaq üçün "Fiorentina" səddini keçməlidir. İtaliya klubu da finala adlamaq üçün səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışsa da, buna nail olmayıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "Sevilya" cavab oyunu öncəsi böyük üstünlük əldə edib.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu səfərdə "Napoli"nin qonağı olub. İtaliya təmsilçisi bu matçın favoriti sayılırdı. Lakin yarımfinala qədər "Olimpiakos", "Ayaks" və "Brügge" kimi klubları mübarizədən kənarlaşdıran "Dnepr"in "Napoli"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Bu görüşdə qalib müəyyənləşməyib. "Dnepr" 81-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub - 1:1.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları mayın 14-də keçiriləcək.

7 may
Avropa Liqası, yarımfinalın ilk oyunları

00:05. "Napoli" (İtaliya) - "Dnepr" (Ukrayna) - 1:1
Qollar: Lopez, 50 (1:0), Seleznyov, 81 (1:1)

00:05. "Sevilya" (İspaniya) - "Fiorentina" (İtaliya) - 3:0
Qollar: A.Vidal, 17 (1:0), 52 (2:0), Qameyro, 75 (3:0)



Bağla X