Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Ağcabədi olub. Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Ağcabədi olub.

Məşəl Ağcabədi rayonunda - Fotolar

Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Ağcabədi olub.

Bu gün Ağcabədi şəhərindəki Heydər Əliyev adına parkın qarşısında məşəlin qarşılanma mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra 3,5 kilometr məsafədə yürüş başlanıb.

Sonuncu yürüşçü – rayon Gənclər və İdman idarəsi rəisinin müavini Eldəniz Qənbərov səhnəyə qalxaraq, məşəli alovlandırıb. Oyunların burada yandırılan çırağını 1 nömrəli tam orta məktəbin şagirdi Minayə Əkbərova rayon ictimaiyyətinə təqdim edib. Çıraq I Avropa Oyunlarının sonunadək rayonda qalacaq.

Sonra Avropa Oyunlarının məşəlindən götürülən alov cəbhə bölgəsində yerləşən Ağdam rayonuna yola salınıb.
image description image description image description image description image description