“Real”ın baş məşqçisi Karlo Ançelotti diskvalifikasiyaya məruz qalıb. “Real”ın baş məşqçisi Karlo Ançelotti diskvalifikasiyaya məruz qalıb.

“Real” baş məşqçisiz qaldı

“Real”ın baş məşqçisi Karlo Ançelotti diskvalifikasiyaya məruz qalıb.



Apasport.az saytının məlumatına görə, buna səbəb italiyalı mütəxəssisin hakimlərə qarşı qeyri-etik hərəkəti olub.

İspaniya La Liqasının XXXVI turu çərviçəsində "Valensiya" ilə bərabərə (2:2) bitən qarşılaşmadan sonra baş hakim Karlos Klos Qomesə yaxınlaşan Ançelotti onu dayanmadan alqışlayıb və ardından sərt ifadələrlə etirazını bildirib.

Yerli Nizam-İntizam Komitəsi bu hərəkətinə görə Ançelottini 2 oyunluq cəzalandırıb. Bu isə o deməkdi ki, baş məşqçi La Liqanın son iki turunda "Espanyol" və "Xetafe" ilə matçları tribunadan izləməli olacaq və komandasına göstəriş verə bilməyəcək.