Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bank rəhbərliyindən getməsindən sonra bankirin pul ayırdığı futbol klubları maliyyə çətinliyi ilə üzləşiblər. Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bank rəhbərliyindən getməsindən sonra bankirin pul ayırdığı futbol klubları maliyyə çətinliyi ilə üzləşiblər.

Cahangir Hacıyevə bağlı futbol klubları dağılır - Maliyyə böhranı

Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bank rəhbərliyindən getməsindən sonra bankirin pul ayırdığı futbol klubları maliyyə çətinliyi ilə üzləşiblər.


AzNews.az-a daxil olan məlumata görə, məhz C.Hacıyevin ayırdığı maliyyə hesabına ayaqda qalan 2 klub - "İnter" və "Simurq"un maliyyə ucbatından mövsümün sonuna kimi bağlanacağı gözlənilir. Yayılan məlumatlarda deyilir ki, hər iki klubda futbolçular 4-5 aydır maaşlarını ala bilmir. Onlar bu barədə FIFA-ya şikayət edəcəklərini bəyan ediblər.

Xatırladaq ki, mayın 1-ində keçirilən "Simurq" - "İnter" görüşündən əvvəl meydan sahibinin oyunçuları matçın start fitindən sonra oturaraq rəhbərliyə öz etirazlarını bildirmişdilər.



Oyundan sonra klub rəsmi saytı açıqlama yayaraq futbolçuların bu hərəkətini dəstəkləmiş, sponsoru - ABB-nı günahlandırmışdı. "Simurq" klubunda keçirilən toplantı zamanı futbolçulara bildirilib ki, onların sponsorla bağlı problemləri yaranıb, mövsümün sonuna qədər maaşlar verilməyəcək. Futbolçulara o da çatdırılıb ki, klubu tərk etmək istəyənə problem yaradılmayacaq. Artıq 4-5 futbolçu klubla yollarını ayırıb. "İnter"də də vəziyyət fərqli deyil. Mövsümün potensial gümüş mükafatçısı maaş probleminə görə UEFA Avropa Liqasından da kənar qala bilər. Belə ki, futbolçular FIFA-ya şikayət etməkdə israrlıdırlar. Üstəlik, maliyyə problemi klubun lisenziya almasını da əngəlləyə bilər.