04:56
(077) 610-22-33

Ukrayna futbolçuları tarix yazdı - VİDEO + FOTOLAR

  • >
1 390 15 May 2015 09:12 | İdman

Bu gecə futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.


AzNews.az xəbər verir ki, baş tutan iki oyunla finalçılar bəlli olub.

"Qarabağ"la eyni qrupda mübarizə aparan Ukraynanın "Dnepr" klubu "Napoli"ni qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Dnepropetrovsk klubunun finala çıxmaq üçün yaxşı şansı olub və ukraynalılar bundan yararlanmağı bacarıb.

Güclü yağış altında keçən matçda sevinən tərəf "Dnepr" olub: 1-0.

Avropa Liqasının son qalibi "Sevilya" isə "Fiorentina"nın qonağı olub və özünü heç də qonaq kimi aparmayıb. Oyun yenə də ispanların qələbəsilə sona çatıb: 2-0.

15 may
Avropa Liqası, yarımfinalın cavab oyunları


00:05. "Dnepr" (Ukrayna) - "Napoli" (İtaliya) 1:0
(İlk oyun -1:1)

00:05. "Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya) 0:2
(İlk oyun 0:3)



image description image description image description image description image description image description
Bağla X