Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq I Avropa Oyunlarının açılışına sayılı günlər qalıb. Hər bir kəsin diqqətində olan bu yarışlar şou, sənət adamlarının da geniş müzakirə mövzusuna çevrilib. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq I Avropa Oyunlarının açılışına sayılı günlər qalıb. Hər bir kəsin diqqətində olan bu yarışlar şou, sənət adamlarının da geniş müzakirə mövzusuna çevrilib.

I Avropa Oyunları Azərbaycana nə verəcək... – Sənət adamları danışır

Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq I Avropa Oyunlarının açılışına sayılı günlər qalıb. Hər bir kəsin diqqətində olan bu yarışlar şou, sənət adamlarının da geniş müzakirə mövzusuna çevrilib.

Bəs görəsən, aktyorlar nə düşünür: I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti nədir?

Bu sualla AzNews.az-ın əməkdaşı bir neçə tanınmış sənət adamına sual ünvanlayıb.

Cavabları təqdim edirik:

Musiqili Teatrın aktrisası, xalq artisti Afaq Bəşirqızı: "Əlbəttə, yarışın Bakıda keçirilməsi Azərbaycanın sabahı, Azərbaycanın özünü başqa ölkələrdə təsdiqi deməkdir. Əgər bu tədbir dövlət tərəfindən düşünülübsə, deməli bunun böyük anlamı var və onu hər kəs başa düşməlidir".

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Füzuli Hüseynov: "Bu yarış həm də Azərbaycanın reklamıdır. Üstəlik, Azərbaycanda turizmin inkişafına da təsir göstərəcək. Minsk Qrupunun Azərbaycana boş-boş gəlişlərindənsə, belə oyunların olması daha yaxşıdır".

Xalq artisti İlham Əsgərov: "Doğrudan da bu, bizim fərəhimizdir. Ölkəmizin adına layiq olan dünya səviyyəli yarışdır. Xaricdən gələn nümayəndələr Azərbaycandan böyük təəssüratla qayıdacaqlar. Hər bir insanın bu oyunlara baxışı var. Amma o insanlar da evlərinə qonaq gələndə onu evin ən yaxşı yerində otuzdurur, ən yaxşı yeməyini onun qarşısına qoyur. Bundan sonra da Azərbaycanda dünya səviyyəli yarışlar olacaq".

Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlı: "Sonra Azərbaycana gələn insanlar dünyaya bizim haqda məlumatlar yayacaq. Gözəl şəhərimiz, mehribançılığımız, qonaqpərvərliyimiz, gülərüz xasiyyətimiz onları valeh edəcək. İnanıram ki, yarışda idmançılarımız çoxlu qələbələr qazanacaq. Bunu bu vaxta qədərki oyunlarda da sübut ediblər. Açılışda özüm də iştirak edəcəyəm, dəvətnaməm var".

Musiqili Teatrın aktyoru, əməkdar artist Novruz Qartal: "Ermənilərin uzun illərdən bəri apardığı siyasətə heç olmasa bir az da olsa kölgə sala biləcəyik. Çünki onlar bizi vəhşi adam kimi təqdim edib. Əcnəbilər bura gələndə bizim qonaqpərvərliyimizi görüb deyəcəklər ki, yox bu düz deyil, bu xalq mədəni xalqdır. Xalqımızın gözəl tarixi və ənənəsi var. Yarış ərəfəsində bütün dünyanın diqqəti Azərbaycanda olacaq".

Bakı Uşaq Teatrının direktoru, aktyor İntiqam Soltan bildirib ki, I Avropa Oyunlarından Azәrbaycana әn azı abadlaşdırılmış şәhәr, yeni tikililәr, gözәl idman və yaşayış komplekslәri, әn nәhayәt paytaxtımızın gözəl yerləri qalacaq.

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Hüseyn Mustafayev: "Bu oyunlar zamanı qədim adət-ənənələrimizi, mədəniyyətimizi, eləcə də, teatrımızı, incəsənətimizi, muğamımızı, xalq rəqslərimizi təbliğ etmək üçün geniş imkanlar yaranacaq. Bütün bu uğurlar ölkə başçımız cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu gün sevindirici haldır ki, I Avropa Oyunlarına paytaxt Bakı ilə yanaşı Mingəçevir şəhəri də ev sahibliyi edəcək. Arzu edirik ki, mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirlər nəinki paytaxt Bakıda, həmçinin bölgələrimizdə də geniş şəkildə həyata keçirilsin. İnanırıq ki, Mingəçevirə gələn qonaqlar şəhərimizin gözəlliyindən zövq aldıqları kimi, Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi tamaşalardan da məmnun qalacaqlar. Əminik ki, I Avropa Oyunlarının iştirakçıları, bu oyunları işıqlandıran dünya mediası və xarici ölkələrdən təşrif buyuran qonaqlarımız Azərbaycanı daima zəngin mədəniyyətə, qədim tarixə malik bir ölkə kimi xatırlayacaqlar".

Bahar RÜSTƏMLİ
AzNews.az