Qəbələdən qayıtdıq. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bakıda keçiriləcək birinci Avropa Oyunlarına dəstək xarakterli tədbirləri rayonda böyük coşqu ilə qarşılandı. 4 qardaşlaşmış məktəbin iştirakı ilə futbol turniri keçirdik. Qəbələdən qayıtdıq. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bakıda keçiriləcək birinci Avropa Oyunlarına dəstək xarakterli tədbirləri rayonda böyük coşqu ilə qarşılandı. 4 qardaşlaşmış məktəbin iştirakı ilə futbol turniri keçirdik.

Bütün yollar Avropa Oyunlarına aparır - Qəbələdən reportaj

Qəbələdən qayıtdıq. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bakıda keçiriləcək birinci Avropa Oyunlarına dəstək xarakterli tədbirləri rayonda böyük coşqu ilə qarşılandı. 4 qardaşlaşmış məktəbin iştirakı ilə futbol turniri keçirdik.

Qalibləri də mükafatlandırdıq, Dövlət müşaviri hörmətli Kamal Abdullayevin təşəbbüsü ilə məğlubları da.

Nic kəndindəki Alban məbədində olduq. Şam yandırdıq, müsəlman olsaq da İsanın ruhuna elə öz dilimizdə və öz düşüncəmizdə dualar oxuduq. İki gözəl gün yaşadıq. Yaşadanlara və yaşayanlara eşq olsun!

Əvvəldən başlayaq - ideyadan. Bilik Fondu yeni yarananda Azərbaycan Respublikası millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin xeyli tövsiyələri oldu. Hələ də onlardan bəhrələnirik. Belə tövsiyələrdən biri məktəblərin qardaşlaşmasına nail olmaq idi. Nail olduq. Bugünə qədər 40 məktəbi qardaşlşadırmışıq. İlk dəfə 4 məktəb arasında "Qardaşlaşma sazişi" imzalandı. Bilik Fondunun həyata keçirdiyi "İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində aprelin 12-də Beyləqan şəhərində Bakı şəhəri Elitar Gimnaziya, Qəbələ rayonu Nic kənd orta, Beyləqan şəhər 1 saylı tam orta və Xocavənd rayonu Salakətin kənd tam orta məktəbləri bir araya gəldi. Bu qardaşlaşmada Niç kəndində təhsil alan udilərin yer alması multikultural əhəmiyyət daşıyırdı. Dünyanın inkişaf etmiş ölkələri multikultural siyasətin tətbiqinə tam nail ola bilmədilər. İrq, din, dil ayrıseçkiliyi Avropada və Qərbdə ciddi fəsadlar törətməkdədir. Qardaşlıqdan danışanda ölümün adını çəkməzlər, ona görə ABŞ-da yaşananları misal göstərmədən bəyan edirik ki, multikulturalizm azərbaycanlıların həyat tərzidir. Daha doğrusu təkrar edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikrini təkrarlayırıq.

Belə razılaşdırmışdıq ki, qardaşlaşan məktəblərin qarşılıqlı əlaqələrinin təşkil olunmasında da yaxından iştirak edək. 4 müxtəlif rayonun təmsilçiləri olan 4 məktəb... Necə edək? Onları bir dəfə Beyləqanda, bir dəfə Xocavənddə görüşdürmüşük. Növbəti ünvan haradır? Bu sualı uşaqların özlərinə ünvanladıq. Bir ağızdan Niç kəndi dedilər. Gözəl təbiəti, tarixi abidələri, fərqli dini inancları olan udilərlə ünsiyyəti seçdilər. Biz gələcəyimizin ardınca getməyə borcluyuq. Bu günün şagirdləri həm də gələcəkdir. Onların fikrini əsas götürməmək mümkünsüzdür.

İkinci suala da cavab tapmalıydıq. Qardaşlaşan 4 məktəbin ilk görüşündə onlar arasında bilik yarışması keçirilib. Onda şərait belə tələb edirdi. İndi isə Azərbaycan dünyada ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək. Möhtəşəm hadisədir. Ölkə bu hadisəyə köklənib. Belədə mütləq idman yarışı olmalıdır. Ən populyar idman növü isə futboldur. Müəyyənləşdirdik: Qəbələ rayonunda Qardaşlaşmış məktəblər arsında futbol turniri keçirilsin. Və bu turnir Bakı 2015 Avropa Oyunlarına dəstək xarakteri daşısın.

Qəbələ. Çatdıq. Rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən isti münasibətlə qarşılaşdıq. Rayonda qonaqlar çox idi. Bu, sevindiricidir. Qonaqsız ev suyu qurumuş dəyirmana bənzəyir. Qəbələ isə yaşıllığa bürünüb. Şagirdlər çox sevinirdilər. Bilik Fondunun nümayəndəsi Təranə Səlimova təşkilatı işləri öncədən dəqiqliyi ilə həyata keçirmişdi. Əvvəlcə rayonun görməli yerlərini gəzdik. Gecə düşmüşdü, amma uşaqlar yatmaq istəmirdi. Yenə gəzdik. Səhər 4 komanda arasında turnirin ilk oyunlarına start veriləcəkdi. Dincəlmək vacibdir. Komandalar öz otaqlarına çəkilib taktikalar qururlar.

Səhər. Oyun başlayır. Qonaqlarımız da var: Qəbələ rayon təhsil idarəsinin müdir müavini İxtiyar Şirinov, rayon idman idarəsinin məsul şəxsləri, müxtəlif məktəblərin müəllim və şagird kollektivləri...

Başlayır. Qəbələnin Nic kəndinin məktəbliləri Beyləqan rayonu 1 nömrəli məktəbin şagirdləri ilə görüşür. Niçlilər açıq-aydın üstündürlər. Daha çox uzun ötürmələrdən istifadə edirlər. Fiziki baxımdan da fərqlənirlər, sürətləri də var. Onların məşqiçisi Qəbələnin birinci liqasının oyunçusudur. Komandasını yaxşı hazırlayıb. Nəhayət, böyük hesablı qələbə: 7:1. Beyləqan nümayəndəmiz Gülbəniz Cəfərova şagirdləri danlayır. Əsəbidir. Biri əsəbiləşəndə gərək o biri sevinməsin. Ancaq biz təşkilatçılar sevinirik. Sübut var: oyunlar ciddiliyi ilə seçilir.

İkinci oyun Xocavənd rayonu Salakətin kənd tam orta məktəbi ilə Bakı şəhəri Elitar Giminaziyası arasında baş tutdu. 10 dəqiqdən sonra məlum olur: bakılılar finala çıxacaq. Əsl Bakı futbolu oynayırlar: qısa və dəqiq ötürmələr, sürət zəif, tənbəllik göz deşir. Rəqibdə isə bunlardan heç biri yoxdur. Əvəzində boşa xərclənən sürət var. Nəticə 6:1. Elitar Gimnaziya finalda. Bu dəfə Xocavənd nümayəndəmiz Rəmziyyə Aslanova əsəbiləşib. Yenə sevinirik...

Axşam saat 8-də super-liqanın oyunu var. "Qəbələ" "İnter"i qəbul edir. Bir sektoru Qardaşlaşmış məktəblər üçün ayırıblar. Əsrarəngiz mənzərədir: yaşıllığa bürünmüş dağların əhatəsində stadion, üzərində "Qardaşlaşmış məktəblər" sözü yazılan 70-dən çox şagird əllərində "Birinci Avropa Oyunlarına tamaşa etmək üçün ölkəmizə gələcək qonaqlara salamlıar olsun" şüarı yazılan plakatlar. Qəbələni dəstəkləyirik. Baxmayaraq ki, aramızda bakılılar var, elə onlar da qonaq olduqları evin sahiblərinin tərəfindədirlər. Fəalıq. Qışqırırıq. Oyun 1:1 hesabı ilə başa çatır. Onlardan heç biri qalib gəlmir. Meydanda yeganə qalib var, o da Qardaşlaşmış məktəblər. Çünki gözəl gün yaşayırıq.

Növbəti gün. Finalçılar həyacanlıdır. Açığını deyim, gizlincə bakılıların tərəfindəyəm. Gecə onlara bəzi taktiki gedişləri izah edirəm. Gedişlər gedir, bir daha geri qayıtmır. Bakı məktəbliləri uduzurlar. Düzdür, oyunun əsas və əlavə hissəsi 3:3 hesabı ilə yekunlaşır. 11 metrlik zərbələr. Niçlilərin qapıçısı bir topu qaytarmaqla komandasını qələbəyə daşıyır. Üçüncü yer uğrunda mübarizə də maraqlı keçir. Xocavənd böyük hesabla irəlidədir. Məktəbin direktoru o qədər hissə qapılıb ki, hətta qapını qorumağa özü keçib. Hakim bir də baxır ki, qapını topdan direktor xilas edir. Hay-küy düşür. Bir haqlı fit səsi məsələni həll edir. Xocavənd üçüncüdür.

Turnir başa çatır. Qaliblər də mükafatlanır, məğlublar da. Bilik Fondu "Epizod" layihəsini işə salır. Layihənin mahiyyəti belədir: tamaşada epizodik rol ola bilər, həyatda epizod yoxdur. Bütün rollar baş roldur. Beyləqan futbolçularına top hədiyyə edirik: oynayıb-oynayıb oynamağı öyrənsinlər.

Yolumuz Niç kəndinədir. Alban kilsəsində oluruq. Yəqin ki, yandırdığımız şamlar artıq əriyib. Etdiyimiz dualar isə əminik ki, İsa peyğəmbərin ruhuna qoşulub Allahın yanına qalxıb. Udilər də Məhəmməd Peyğəmbərin ruhuna bir o qədər inanırlar. Qardaşlıq ancaq belə olur. Dini, dili, adət və ənənələri fərqli insanları bir amal, bir əqidə birləşdirir. Onun adı Vətəndir. Bizim vətəninsə adı Azərbaycandır. Azərbaycançılıq məfkurəsində birləşəndə bütün yollar yuxarı doğru gedir, aşağıya yol yoxdur.

Ceyhun Musaoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun mətbuat katibi
image description image description image description image description image description image description