04:20
(077) 610-22-33

FİFA yaradılıb – 111 il öncə

  • >
1 046 21 May 2015 09:49 | İdman

Tarixdə bu gün: 21 may


Tarixdə bu gün mayın 21-i Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günüdür. BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.2001-ci il noyabr ayında UNESCO-nun "Mədəniyyətlərin müxtəlifliyinə dair" bəyannaməsi qəbul edildikdən sonra BMT Baş Assambleyası bu bəyannaməni və onun həyata keçirilməsi üçün Fəaliyyət Planının əsas istiqamətlərini alqışlayaraq 21 mayı "Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü" elan edib.

1805 – Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Mayın 14-də bağlanan birinci müqavilə ilə Qarabağ xanlığı Rusiyaya birləşdirilmişdi. Şəki xanı Səlim xanla Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, Şəki xanlığı müstəqil xarici siyasətdən imtina etmiş, ərazisində rus qoşunlarını yerləşdirməyə razılıq vermişdi. Rusiya isə xanlığın daxili işlərinə qarışmamaq barədə öhdəlik götürmüşdü. Lakin bu, işğal üçün, sadəcə, görüntü idi. Car-Balakən (1803), Gəncə (1804), Qarabağ və Şəki xanlıqlarının (1805) ələ keçirilməsi ilə Rusiyanın Azərbaycanın torpaqlarını istilası genişləndi.

1904 - Fransanın paytaxtı Parisdə FİFA (Beynəlxalq Futbol Federasiyası Birliyi) yaradılıb.

1928 – Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Tamilla Ağamirova Bakıda anadan olub. 1952-ci ildən Moskvada "Romen" teatrında çalışıb. "Don Kixot" filmində (1957, "Lenfilm") Altisidora rolu ilə tanınıb. Azərbaycanda "Onun böyük ürəyi" (Səmayə), "Əsl dost" (Bilqeyis), "Koroğlu" (Alagöz), "Yenilməz batalyon" (Xavər) filmlərində çəkilib.

1988 - SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki müttəfiq respublikanın rəhbərlərini dəyişdirib. Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan, Azərbaycan KP MK-nın plenumunda isə Kamran Bağırov (1983-cü ildən respublikaya rəhbərlik edirdi) vəzifələrindən kənarlaşdırılıb. Azərbaycan KP MK-nın 1-ci katibi postuna Ədbürrəhman Vəzirov seçilib.

1990 – 28 mayın "Azərbaycan dövlətçiliyinin bərpası günü" elan edilməsi barədə prezident fərmanı elan edilib. 1992-ci ildən 28 may Respublika günü kimi qeyd olunur.

1991 - Hindistanın baş naziri Raciv Qandi gül dəstəsinin içinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.

1992 - Azərbaycanla Şri-Lanka dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 12-də tanımışdı) arasında diplomatik münasibətlər qurulub.

2003 - Əlcəzairdə zəlzələ 2000 çox insanın həyatına son qoyub.

2004 - Azərbaycan Respublikası Malavi ilə diplomatik əlaqələr qurub.

2004 - Sumqayıt (Azərbaycan) və Bari şəhərləri (İtaliya) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Niyyət Protokolu imzalanıb.

2004 - Gürcüstanın dövlət himni qəbul edilib.

2004 - Türkiyə prezidenti Konstitusiya dəyişiliklərini təsdiq edib və Dövlət Təhlükəsizliyi Məhkəmələri ləğv edilib.

2006 -Monteneqroda keçirilən referendum müstəqillik tərəfdarlarının qələbəsi ilə (55,4%) başa çatıb.
Bağla X