Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub. Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub.

6 boksçumuz Avropa birinciliyinin medalını təmin etdi

Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub.


AzNews.az AZADİNFORM-a istinadən xəbər verir ki, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.

70 kq çəki dərəcəsində mübarizə aparan Səid Məlikov 1/4 finalda litvalı Lukas Petrauskasdan üstün olub – 3:0. Boksçumuz finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skamaroxla üz-üzə gələcək.

Məhəmməd Abdullayev də (+80 kq) yarımfinalçılar arasına yüksəlib. Milli komandamızın üzvü rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib – 3:0. Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyum Yordanyanla qarşılaşacaq.

Kənan İsmayılzadə (75 kq), Kənan Əliyev (46 kq) 1/4 finalda mübarizəni dayandırıblar.

Beləliklə, mayın 22-də keçiriləcək yarımfinalda rinqə çıxacaq boksçularımız:
48 kq. Cavid Hüseynov – Lorkan Harleks (İrlandiya)
52 kq. Niyaməddin Allahverdiyev – Deklin Daff (Şotlandiya)
70 kq. Səid Məlikov – Yeqor Skamarox (Belarus)
54 kq. Orxan Həsənov – İvan Kozyar (Ukrayna)
60 kq. Bəxtiyar Qazıbəyov – Koryan Asteyan (Ermənistan)
+80. Məhəmməd Abdullayev – Artyum Yordanyan (Gürcüstan)