13:01
(077) 610-22-33

I Avropa Oyunlarının açılışı günü iş olacaq – Qərar

  • >
1 540 21 May 2015 13:06 | İdman

I Avropa Oyunlarının açılışı günü qeyri-iş günü olmayacaq.

AzNews.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin son iclasının gündəliyinə salınmayıb.

Qeyd edək ki, Milli Məclisin son icası aprelin 29-da keçiriləcək. İclasın gündəliyinə 17 məsələ daxildir. Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər, "Yol hərəkəti haqqında", "Pasportlar haqqında", "Mühasibat uçotu haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanunlara, Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə dəyişikliklər edilməsi və s. məsələlərdir.

Onu da qeyd edək ki, ölkə başçısı İham Əliyev I Avropa Oyunlarının açılışı gününün qeyri-iş günü olması ilə bağlı Milli Məclisə layihə göndərmişdi.
Bağla X