15:51
(077) 610-22-33

Əfsanəvi idmançıya şok cəza verilib

  • >
461 22 May 2012 18:07 | İdman

Amerikalı velosipedçi Lans Armstronq ömürlük idmandan uzaqlaşdırılıb



Beynəlxalq Velosipedçilər İttifaqı (BVİ) ABŞ-ın Anti-Dopinq Alyansının dünyanın əfsanəvi idmançılarından sayılan amerikalı velosipedçi Lans Armstronqa verdiyi ağır cəzanı təsdiq edib.

AzNews.az xəbər verir ki, həmin cəzaya Armstronqun 7 dəfə qazandığı Fransa Turu qalibiyyəti daxil olmaqla, karyerası boyunca əldə etdiyi bütün qalibiyyətləri silmək və həmçinin ömür boyu idman yarışlarından uzaqlaşdırılmaq daxildir.
Amerikalı velosipedçi keçən aylarda ona ünvanlanan dopinq ittihamlarında qarşı artıq mübarizə aparmayacağını bildirmişdi. Bir ay davam edən müzakirələrdən sonra BVİ-nin cəzanı təsdiq etməsiylə Armstronqun cəzası rəsmiləşib.

Belə olduğu təqdirdə, Armstronqun 7 dəfə qazandığı Fransa Velosiped Turu, karyerası boyunca əldə etdiyi qələbələr əlindən alınıb, ona həmçinin ömür boyu idman yarışlarına qatılmamaq cəzası verilib. Beləliklə, dünyanın ən əfsanəvi idmançılarından sayılan Lans Armstronq tarixdən silinib.

AzNews.az
Bağla X