17:37
(077) 610-22-33

“Bizə bu cür qələbə lazım deyil”- “Qarabağ”dan jest

  • >
2 313 4 Oktyabr 2015 22:26 | İdman

Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “İnter” – “Qarabağ” matçında qonaqlar inanılmaz jest ediblər.


AzNews.az futbolinfo.az-a istinadən xəbər verir ki, görüşün 88-ci dəqiqəsində baş hakim Elvin Əsgərovun meydan sahiblərinin qapısına təyin etdiyi penaltini Elvin Məmmədov bilərəkdən qapıdan kənara göndərib.

Baş hakimin hadisə yerindən uzaq olması, köməkçilərinin isə ona heç nə deməməsi, gürcü qapıçının sonuncu ümid qolu kimi dəyərləndirilərək, meydandan qovulmasını şərtləndirib.

Nəticədə, bütün əvəzetmələrdən istifadə etmiş "İnter"in qapısına 7 nömrəli futbolçu Nika Kvekveskiri keçib.

Lakin gürcü yarımmüdafiəçi az sonra topu qapısında görüb. Reynaldonun zərbəsi qarşısında Kvekveskiri "ağ bayraq" qaldırıb.

Oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sözügedən penalti epizodunu belə şərh edib:

"Penaltidə özüm şübhəli qaldım. Epizoda hakimdən daha yaxın idim. Oyundan sonra Reynaldodan da dəqiqləşdirdim. Etiraf etdi ki, penalti yox idi. Bizə bu cür qələbələr lazım deyil. Ancaq çox dərinə varmayaq. Bu cür hallar olur. Buna görə də qərara aldıq ki, penaltini vurmayaq".
Bağla X