23:47
(077) 610-22-33

“Kəpəz” qələbə qazandı

  • >
1 211 4 Oktyabr 2015 22:47 | İdman

Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulur.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Kəpəz" evdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Aqil Məmmədov məğlubiyyəti belə şərh edib:

"Maraqlı oyun oldu. Məncə, "Kəpəz" layiqli qələbə qazandı. Ümumiyyətlə, futbolçunun həmişə keyfiyyətini əsas götürmüşəm. Oyunçuda mütləq xarakter olmalıdı. Bu gün mənim futbolçularım mübarizədən qaçırdılar. Bunun konkret səbəbini bilmirəm. Bəlkə, azarkeşlərin çoxluğundan, bəlkə də havadandı.

Futbolçularımın bacarığı bu qədər deyil. Sadəcə, bu gün alınmadı. Azərbaycanlı futbolçuların çox olmasının tərəfdarıyam. Amma bir məqama diqqət yetirək: bu gün qapımızdan keçən 3 qolun ikisinin müəllifi legioner oldu. AZAL ilə oyunda da legioner bizi cəzalandırmışdı. Məncə, bizim heyətimizdə legioner olmasa, hər il çempionatda qalmaq üçün oynayacağıq".
Bağla X