Bu gün Qatarın paytaxtı Dohada boks üzrə dünya çempionatı başlayıb. Bu gün Qatarın paytaxtı Dohada boks üzrə dünya çempionatı başlayıb.

İdmançımız dünya çempionatına qələbə ilə başladı

Bu gün Qatarın paytaxtı Dohada boks üzrə dünya çempionatı başlayıb.

.
AzNews.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, boksçularımızdan ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb.

Milli komandamızın üzvü kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq.

Dünya çempionatının debütantı 49 kq-da mübarizə aparan Rüfət Hüseynov isə axşam proqramında mərakeşli İmad Ahyounla qarşılaşacaq. Qeyd edək ki, dünya çempionatında ölkəmizi təmsil edən digər boksçular Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.